08 İyul 2024, 11:23
TOP OYUNLARI
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət yığma komandaların reytinq cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda dünyanın ən yaxşı komandaları qərarlaşıb.
30 millinin yer aldığı siyahıda Azərbaycan 11-ci yerdədi. Hesabında 305,065 xal olan yığmamız əvvəlki cədvəllə müqayisədə 4 pillə geriləyib.
Qeyd edək ki, reytinq siyahısına Kanada (631,826 xal) başçılıq edir. Niderland (484,783) ikinci, Fransa (459,794) üçüncü pillədə qərarlaşıb.