Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Həmyerlimiz 18 yaşadək (U-18) oğlanların Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək.

Qeyd edək ki, yarış iyulun 10-21-i aralığında Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest