10 İyul 2024, 14:41
TOP OYUNLARI
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ikinci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, yığmamız bu dəfə Gürcüstanla üz-üzə gəlib.
Evren Alkayanın baş məşqçisi olduğu millimiz bu görüşdə də qələbə qazanıb - 97:40.
Qeyd edək ki, yığmamız ilk oyunda Ermənistana böyük fərqlə qalib gəlmişdi. U-16-nın növbəti matçı iyulun 11-də Kiprə qarşı olacaq.