Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Evren Alkaya açıqlama verib. Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis Avropa çempionatının C divizionunun ikinci matçında Gürcüstan üzərindəki qələbə (97:40) haqda fikirlərini bildirib.

Alkaya Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib: “Rəqibimiz güclü idi. Sadəcə, sürətli oynaya bilmədilər. Biz də bundan yararlandıq. Hücum silahlarımızdan yaxşı istifadə etdik, çox istəkli idik. Oyunçularımız çox motivasiyalıdırlar. Zədəli basketbolçumuz yoxdur. Ümid edirəm ki, sabah da qələbə qazanacağıq. Azərbaycana ən yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik”.

Qeyd edək ki, U-16-nın növbəti oyununu iyulun 11-də Kiprə qarşı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest