Azərbaycan millisinin basketbolçusu Donta Holl hazırda çıxış etdiyi Fransanın “Monako” klubunu tərk etmək istəyir.

Matc.az xəbər verir ki, 27 yaşlı oyunçu karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Onunla “Baskoniya” komandası yaxından maraqlanır. Bask təmsilçisi heyətini ABŞ-dan olan 27 yaşlı basketbolçu ilə gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan yığmasına ötən il cəlb olunan Donta Holl 2021-ci ildən “Monako”nun formasını geyinir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest