Superkompüter “Opta” İspaniya və İngiltərə milli komandalarının qarşılaşacağı 2024-cü il Avropa çempionatının final oyununda favoritin adını açıqlayıb.

Matc.az xəbər verir ki, oyunöncəsi simulyasiyaların nəticələrinə görə, İspaniya 60,4% hallarda kuboku qazanan tərəf olub.

AVRO-2024-ün yarımfinal mərhələsində İngiltərə yığması Niderland millisini 2:1 hesabı ilə məğlub edib. Digər yaımfinla görüşündə isə İspaniya yığması Fransaya 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, görüş bu gün, iyulun 14-də baş tutacaq. Həlledici oyun Berlindəki Olimpiya stadionunda baş tutacaq. Qarşılaşmanın baş hakimi funksiyasını Fransua Leteksier yerinə yetirəcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest