“Sabah”ın kişi basketbolçulardan ibarət komandası Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarını Türkiyədə keçirəcək. Matc.az xəbər verir ki, FIBA yarışın Antalyada təşkilinə üstünlük verib.

Azərbaycan çempionu I qrupda mübarizəyə 1/4 finaldan başlayacaq. “Norrçepinq Dolfins” (İsveç) ilə oyun sentyabrın 17-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Cütün qalibi ayın 19-da yarımfinalda “Friburq Olimpik” (İsveçrə) ilə üz-üzə gələcək. Bu duel isə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, final sentyabrın 21-də gerçəkləşəcək və qalib əsas mərhələyə vəsiqə əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest