Xorvatiya millisi və “Barselona”nın sabiq yarımmüdafiəçisi İvan Rakitiçin “Hayduk”a keçidi rəsmiləşib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Xorvatiya klubunun rəsmi saytı paylaşıb.

Bildirilir ki, 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, bu gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Rakitiçin son klubu Səudiyyə Ərəbistanının “Əl-Şabab”ı olub. Ötən mövsüm xorvatiyalı futbolçu bütün yarışlarda 35 matçda iştirak edib, 3 qol vurub və 4 qolun ötürməsini verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest