Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə “Qarabağ”ın potensial rəqibi bəlli olacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə yalnız cütlüklər iştirak edəcək. “Qarabağ”ın Cəbəllütariq klubu “Linkoln”la təşkil etdiyi cüt püşkdə səpələnmişlər sırasında yer alacaq.

Mümkün rəqiblər isə “Malmö” – “Klaksvik”, “Lüdoqorets” – “Dinamo” (Minsk), APOEL – “Petrokub”, “Panevejis” – “Yagelloniya”, “Şemrok Rovers” – “Sparta” və “Santa Koloma” – “Midtulland” cütləri olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest