Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan tədbir İsveçrənin Nyon şəhərində təşkil edilib.
Azərbaycanın bu turnirdəki iştirakçıları olan “Zirə”, “Sabah” və “Sumqayıt”ın potensial rəqibləri müəyyənləşib.
"Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "DAK-1904" (Slovakiya) kollektivinin müqavimətini qıra bilsə, turnirin III təsnifat mərhələsində "Osiek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
"Sabah" Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (İsrail) səddini aşacağı təqdirdə, "Vaduts" (Lixtenşteynl) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Sumqayıt" Macarıstanın "Fehervar" klubunu mübarizədən kənarlaşdıra bilsə, Konfrans Liqasının III təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.