Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxıb. Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşıb. 

“Qarabağ” səfərdə iki cavabsız qolla rəqibinə qalib gəlib. Ağdam klubunun heyətində Olaviyo Juninyo (45+2) və Toral Bayramov (75) fərqlənib. Bu hesabla təmsilçimiz Bakıya sərfəli nəticə ilə qayıdır.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul

“Linkoln” – “Qarabağ” - 0:2
Qollar: 
Olaviyo Juninyo, 45+2, Toral Bayramov, 75
Baş hakim: İstvan Vad
Europa Point” stadionu.

“Linkoln”: 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent
Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas

“Qarabağ”: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2. Mateus Silva, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest