24 İyul 2024, 17:01
FUTBOL
“Mançester Siti”nin qapıçısı Ederson Səudiyyə Ərəbistanına köçməyə yaxındı. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü “Əl-İttihad”la müqavilənin şərtlərini razılaşdırıb.
Hazırda klublar keçidin detalları ilə bağlı danışıq aparırlar. “Əl-İttihad” 30 yaşlı qolkiperə illik 25 milyon avro maaşla 3 illik müqavilə hazırlayıb. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola da bu transferin baş tutma ehtimalını təkzib etməyib. “Mançester Siti” Edersonun satışından 50 milyon avroluq gəlir götürməyi planlaşdırır.
Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, həmin vaxtdan bəri 332 oyun keçirib, 257 qol buraxıb.