“Real” və “Napoli”nin sabiq futbolçusu Xose Kalyexonun yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü karyerasını ölkəsində davam etdirəcək.

Son iki ili “Qranada”da keçirən Kalyexon yeni mövsümdən 4-cü liqada çıxış edəcək. O, azad agent kimi “Marbelya” klubu ilə müqavilə imzalayıb. 37 yaşlı hücumameyilli oyunçunun sözləşməsi 1 ili əhatə edir.

Qeyd edək ki, Xose Kalyexon 2014-2017-ci illərdə İspaniya millisinə çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest