Yay təlim-məşq toplanışını davam etdirən “Şamaxı” 4-cü yoxlama oyununu keçirəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşacaq. İyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Şamaxı” bundan əvvəlki yoxlama oyunlarında “Kəpəz”ə 2:1, “Pelikan”a 5:0, “Cəbrayıl”a isə 4:0 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest