"Çempionata qədər daha bir oyunda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq"

Yeni mövsümün hazırlığını Türkiyənin Erzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün Küveytin “Al Arabi” klubu ilə qarşılaşıb.

Matc.az xəbər verir ki, hesabın açılmadığı oyundan sonra baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlama verib:

“Toplanış çərçivəsində sayca ikinci oyunumuzu keçirdik. Hesab açılmasa da, görüş dinamik oldu. Rəqib də möhkəm komanda idi. Yaxşı hazırlıq keçdikləri hiss olunurdu. Futbolçularımın topa daha çox nəzarət etməsi müsbət məqam idi. Ümumiləşdirsək, Erzurum toplanışı faydalı oldu. Komandama gördüyü işə görə təşəkkür edirəm. Sabah Bakıya qayıdırıq. Çempionata qədər daha bir oyunda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.

Qeyd edək ki, təlim-məşq toplanışını yekunlaşdıran “Araz-Naxçıvan” sabah Bakıya dönəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest