“Neftçi” Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir. 

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün toplanış çərçivəsində sonuncu məşqinə çıxıb. Toplanışa sabah yekun vurulacaq.

Bunadək Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) klubları ilə qarşılaşmış “Neftçi” sonuncu sınaq matçını Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşı keçirəcək.

Qeyd edək ki, “Palandöken Yüksek İrtifa Camp Facilities”də olacaq görüş Bakı vaxtı ilə sabah saat 18:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest