"Şahdağ Qusar"ın 5 futbolçusu MOİK-lə matçda sarı vərəqə aldığı üçün klub 210 manat ziyana düşüb. Azarkeşlər meydançaya yad əşyalar atdığı üçün şimallılar daha 700 manat cərimə edilib.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıdan I Liqanın I turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilbi:

"Şahdağ Qusar"ın 5 futbolçusu MOİK-lə matçda sarı vərəqə aldığı üçün klub 210 manat ziyana düşüb. Azarkeşlər meydançaya yad əşyalar atdığı üçün şimallılar daha 700 manat cərimə edilib.

"Mingəçevir"lə oyunda 4 oyunçusu sarı vərəqə ilə cəzalandırılan "Səbail" də 210 manat məbləğində cərimələnib. "Dəniçzilər" həmçinin, azarkeşlərinə görö ziyana düşüb. Fanatlar pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 900 manat cərimə ödəməli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest