Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək. Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində ölkəmizi təmsil edən üç komanda – “Sabah”, “Sumqayıt” və “Zirə” mübarizəyə başlayır.

“Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstanın “Fehervar” komandasını qəbul edib. Təmsilçimiz hesabı açdıqdan az sonra azlıqda qalıb. Sayca üstünlüyü ələ alan qonaqlar, hesabda da irəli çıxa bilib - 1:2.

“Zirə” “Dalğa Arena”da Slovakiya təmsilçisi “Dunayska Ştreda” ilə qarşılaşıb. Slovakiyalılara heç bir şans tanımayan “Zirə” qonaqların qapısından 4 cavabsız top keçirib.

“Sabah” isə Macarıstanda İsrailin “Makkabi” (Hayfa) komandası ilə üz-üzə gəlib. İlk hissədə qapılara qol vurulmasa da, ikinci hissədə oyun tam fəqli məcrada keçib. “Sabah” 3 qol vuraraq səfərdə inamlı qələbə qazanıb.

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyununda “Sumqayıt” iyulun 31-də, “Sabah” və “Zirə”  isə avqustun 1-də meydana çıxacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul


“Makkabi” (Hayfa)  “Sabah” - 0:3
Qollar: Şafranko, 62, Sekidika, 78, Xəyal Əliyev, 88
Kişvarda stadionu. Baş hakim: Natan Verbumen (Belçika)


“Sumqayıt”  “Fehervar” - 1:2
Qollar: Səbuhi Abdullazadə, 20 // Tobias Kristensen, 39, Csaba Spandler, 52
Qırmızı vərəqə: Murad Xaçayev, 32
Mehdi Hüseynzadə adına şəhər stadionu. Baş hakim: Florian Lata (Albaniya)


“Zirə” – “Dunayska Ştreda” - 4:0
Qollar: Rafael Utziq, 29, Junior Martins, 31, Davit Volkov, 51, 53
“Dalğa Arena”. Baş hakim: İvo Torres (Lüksemburq)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest