25 İyul 2024, 15:39
TOP OYUNLARI
"Sabah" basketbol klubu sıralarına daha bir yeni legioner qatıb. Matc.az xəbər verir ki, ABŞ-dan olan basketbolçu DeAndre Uilyams bakılıların sıralarına cəlb olunub.
O, FIBA Çempionlar Liqasında mübarizə aparacaq “Sabah”ın heyətinə qoşulub. Uilyams yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib. 206 sm boya malik basketbolçunun 27 yaşı var.
Qeyd edək ki, Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində "Memphis Tigers" klubunda oynayıb.