Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında davam edir.

Matc.az xəbər verir ki, Azərbaycanın əsas medal ümidlərindən biri olan, -73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov ilk görüşündə İsrail təmsilçisi Tohar Butbul ilə qarşılaşıb. Cüdoçumuz görüş boyu aktivlik nümayiş etdirib və rəqibinə verilən 3 şido xəbərdarlığından sonra qələbə qazanaraq 1/4 finala yüksəlib.

Bu mərhələdə Hidayətin rəqibi kanadalı cüdoçu Artur Marqelidon olub. Heydərov ağır keçən döyüşün əlavə vaxtında (golden score) ipponla qalib gələrək yarımfinala yüksəlib.

Cüdoçumuz yarımfinlada Akil Qyakova (Kosovo) ilə qarşılaşıb. Heydərov döyüşün əlavə vaxtında (golden score) vazari xalı ilə qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə Hidayət Fransa təmsilçisi Joan-Benjamin Qaba ilə üz-üzə gəlib. Çox gərgin keçən qarşılaşmanın əlavə vaxtında (golden score) Hidayət Heydərov ipponla qələbə qazanaraq Olimpiya çempionu olub. 

Qeyd edək ki, bu Azərbaycan millisinin Paris-2024-də ilk medalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest