21 Oktyabr 2018, 17:23
MPL
"Sumqayıt"ın futbolçusu Vurgun Hüseynov mövsümdə 2-ci dəfə meydandan qovulub. Matç.az saytı xəbər verir ki, müdafiəçi "Sabah"la hazırda davam edən görüşün əvvəlində qırmızı vərəqə alıb.
İlk turun "Neftçi" ilə qarşılaşmasında da eyni halla üzləşən Vurğun cari mövsüm ən çox qırmızı vərəqə alan futbolçu adına şərik çıxıb. O, "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadəyə çatıb.
Hərəyə iki dəfə qovulan bu cütlük çempionatın 9 qırmızı vərəqəsindən 4-nün müəllifiləridi.
Vurğunun digər antirekordu isə onun 15-ci dəqiqədə cəzalanması ilə bağlıdı. O, mövsümün ən erkən qırmızı vərəqəsini alıb. Bu oyunadək ilk 45 dəqiqədə komandasını azlıqda qoyan olmamışdı.