“Sabah” klubu bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu keçirib. Matc.az xəbər verir ki, Bakı təmsilçisi öz meydanında "Makkabi"ni (Hayfa, İsrail) qəbul edib.
"Bank Respublika Arena"da baş tutacaq qarşılaşmada qapılara 9 qol vurulub. Ümumi hesabda bərabərlik (5:5) olduğundan, görüş əlavə vaxta uzanıb. Əlavə edilmiş dəqiqələrdə də ümimi hesabda (6:6) tarazılıq pozulmadığından penaltilər seriyası yerinə yetirilib. Penaltilərdə daha dəqiq olan "Sabah", növbəti mərhələyə adlayan tərəf olub.
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində "Sent-Patriks Atletik" (İrlandiya) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
“Sabah” - “Makkabi” - 3:9 (Penaltilər seriyası - 3:2, ümumi hesab - 6:6)
Qollar: Şafranko, 47, Parris, 71, Lins-Mikels, 103 // Haziza, 17, Pyerro, 67, Simiç, 70, Refaelov, 73, Pyerro, 90+1, David, 112
Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)
İlk oyun: 3:0