İsrailli mütəxəssis Bakıdakı cavab görüşünə daha yaxşı hazırlaşdıqlarını bildirib.

“Makkabi”nin (Hayfa) baş məşqçisi Barak Bahar Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"la bu gün keçirəcəkləri oyun haqda danışıb. Matc.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında ilk görüşdəki 0:3 hesablı məğlubiyyətə də toxunub.

Bahar matça yaxşı başladıqlarını, ancaq dəqiqələr keçdikcə nəzarəti itirdiklərini qeyd edib. İsrailli mütəxəssis Bakıdakı cavab görüşünə daha yaxşı hazırlaşdıqlarını bildirib: “Məşqlərdə aqressiv oyunun üzərində daha çox çalışdıq. “Sabah”a yaxşı hesabla qalib gələcəyimizə inanıram. Oyunun çətin keçəcəyinin də fərqindəyik. Amma bu, motivasiyamızı aşağı salmır. “Makkabi” çətinliklərin öhdəsindən gəlməyi bacaran komandadı”.

Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" - "Makkabi" matçı saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest