05 Avqust 2024, 09:23
ÇEMPİONLAR LİQASI
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “Qarabağ”ın Bolqarıstan təmsilçisi “Ludoqorets”lə təşkil etdiyi cütlük səpələnməmişlər səbətində yer alacaq.
Azərbaycan çempionunun mümkün rəqibləri bunlardır:
“Dinamo” (Zaqreb, Xorvatiya), “Srvena Zvezda” (Serbiya), “Malmö” (İsveç) - PAOK (Yunanıstan) cütünün qalibi, “Midtullan” (Danimarka) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi, “Yanq Boyz” (İsveçrə).
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları 20-21 və 27-28 avqustda keçiriləcək.


_1763412430.jpg)
_1763412158.jpg)
_1763411611.jpg)







_1763398168.jpg)