05 Avqust 2024, 14:08
ÇEMPİONLAR LİQASI
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bilinib. Matc.az xəbər verir ki, buna raundun püşkatması ilə aydınlıq gəlib.
Belə ki, qitənin ən nüfuzlu klub turnirinin püşkü atılıb. Nəticədə “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibinin növbəti mərhələdəki mümkün rəqibi Zaqreb “Dinamo”su (Xorvatiya) olub. “Qarabağ” – “Ludoqorets” cütünün qalibi ilk görüşünü səfərdə keçirəcək.
Bu mərhələnin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.