Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Paris-2024 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə qatılmayacaq.

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Paris-2024 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə qatılmayacaq.

Matc.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevə uduzaraq, onun finala çıxmasını gözləyirdi.

Abdullayev yarımfinalda ABŞ güləşçisinə məğlub olduğundan, Rzazadə təsəlliverici görüşə qatılmaq imkanından məhrum olaraq Olimpiadanı medalsız başa vurub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest