09 Avqust 2024, 18:42
FUTBOL
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Şamaxı” oyununu izləmək istəyən Naxçıvan təmsilçinin azarkeşləri üçün klub tərəfindən nəqliyyat vasitələri ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avtobuslar oyun günü – avqustun 10-da, saat 17:00-da metronun “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı yaxınlığından (korpünün yanından) “Liv Bona Dea Arena”ya yola düşəcək.
Qarşılaşma başa çatdıqdan sonra isə nəqliyyat vasitələri azarkeşləri “Liv Bona Dea Arena”dan “Koroğlu” stansiyasına geri aparacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Şamaxı” matçı sabah saat 18:45-də start götürəcək.