Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunların davam edir.

Matc.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları iki idman növü üzrə mübarizə aparacaqlar.

Sərbəst güləşdə Hacı Əliyev (65 kq) 1/8 final mərhələsində meksikalı Ostin Kli Qomes ilə üz-üzə gələcək.

97 kq çəki dərəcəsinin 1/8 finalında güləşçimiz Maqomedxan Maqomedov Dominikan Respublikasının təmsilçisi Luis Migel Peres Sosa ilə qarşılaşacaq.

Ölkəmizi 125 kq çəki dərəcəsində təmsil edən Giorgi Meşvildişvili bürünc medal uğrunda Oleksandr Xotsianivski (Ukrayna) / Robert Baran (Polşa) cütünün qalibi ilə güləşəcək.

Azərbaycan yığmasının üzvləri isə bədii gimnastikanın (qrup hərəkətləri, 5 halqa, 3 lent və 2 top) final mərhələsində bacarıqlarını göstərəcəklər.

Azərbaycan idmançılarının Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında 10 avqust tarixinə nəzərdə tutulan proqramı:

13:00. Sərbəst güləş (97 kq) 1/8 final, C xalçası 3-cü görüş
Maqomedxan Maqomedov – Luis Migel Peres Sosa (Dominikan Respublikası)

13:00. Sərbəst güləş (65 kq) 1/8 final, A xalçası 9-cu görüş
Hacı Əliyev – Ostin Kli Qomes (Meksika)

16:00. Bədii gimnastika (qrup hərəkətləri, 5 halqa, 3 lent və 2 top) Final mərhələsi
Azərbaycan (Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina)

20:15. Sərbəst güləş (125 kq) Bürünc medal uğrunda görüş, B xalçası 11-ci görüş
Giorgi Meşvildişvili – Oleksandr Xotsianivski (Ukrayna) / Robert Baran (Polşa) cütünün qalibi ilə

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest