“Tottenham” klubu “Bournmut”un forvardı Dominik Solankenin transferini rəsmiləşdirib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Londonlular 26 yaşlı hücumçu üçün 64,3 milyon avro ödəyib. Solanke ilə 6 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dominik Solanke “Bournmut”un heyətində ötən mövsüm Premyer Liqada bütün oyunlarında iştirak edib və 19 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest