Paris-2024 Yaya Olimpiya Oyunlarının boks turnirində -57 kq çəki dərəcəsində final görüşü başa çatıb.
Matc.az xəbər verir ki, Tayvan təmsilçisi Lin Yutinq polşalı Culiya Şeremeta ilə qarşılaşıb. Görüşdə Yutinq qalib gələrək Olimpiya çempionu olub.
Xatırladaq ki, 28 yaşlı Lin Yutinqin Paris Olimpiadasında iştirakı qalmaqala səbəb olmuşdu. Belə ki, Tayvanlı idmançı Beynəlxalq Boks Assosiasiyasının (IBA) keçirdiyi 2023-cü il dünya çempionatında gender testindən keçə bilməyən bir neçə idmançıdan biridir. Lakin buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi (BOK) onun Parisdəki Oyunlarda iştirakına icazə verib.
Bundan əvvəl, 2023-cü il dünya çempionatında gender testindən keçə bilməyən daha bir boksçu, Əlcəzair təmsilçisi İman Xəlif -66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.