04 Oktyabr 2026, 17:39
FUTBOL
"Barselona" futbol klubunun rəhbərliyi komandanın Çempionlar Liqasından kənarlaşdırılma ehtimalı ilə bağlı ciddi narahatlıq keçirir.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, UEFA tərəfindən mümkün intizam tədbirlərinin tətbiq edilməsinə səbəb "Negreyra işi" ilə bağlı araşdırmaların davam etməsidir.
Sözügedən məhkəmə araşdırması Kataloniya klubunun uzun illər ərzində Xose Mariya Enrikes Negreyraya məxsus qurumların hesablarına pul köçürməsi barədə məlumatların dərc olunması ilə bağlıdır.
Funksioner əvvəllər İspaniya Hakimlər Texniki Komitəsinin vitse-prezidenti vəzifəsini tutub. Bu faktlarla əlaqədar olaraq klubun Avropa arenalarından uzaqlaşdırılma riski yaranıb.













