Almaniya çempionatının 3-cü liqasında XII tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, turun son qarşılaşmasında "Proyssen" və "Vuertsburger" üz-üzə gəlib.

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" ev oyununda 1:0 hesablı qələbə qazanıb. Start heyətində meydana çıxan təmsilçimiz matçın sonuncu dəqiqəsində əvəzlənib.

Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran "Proyssen" 2-ci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest