Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının voleybolçusu Mərdan Məmmədov Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq prosesini dəyərləndirib. Matc.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bu barədə danışıb.

Millimizin blokçusu ötən həftə Tbilisidə təlim-məşq toplanışında olduqlarını xatırladıb: “Yarışa hazırlıqlarımız yaxşı keçir. Orada Gürcüstan yığması ilə yoxlama oyunları keçirdik və qələbə qazandıq. Komandada əlval-ruhiyyə yaxşıdı”.

Məmmədov rəqiblərimizi təhlil etdiklərini bildirib: “Belçika millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışdıq və rəqib qalib gəlmişdi. Bu dəfə çalışacağıq ki, biz qələbə qazanaq. Avstriya millisi də güclü komandadı. Hər iki qarşılaşmada gözəl oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest