15 Avqust 2024, 15:30
FUTBOL
Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş karyerasını İngiltərədə davam etdirəcək. Matc.az xəbər verir ki, 19 yaşlı vinger “Bernli”yə keçib.
“Barselona”dan ayrılan sağ cinah oyunçusu Çempionşip təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Bu, Mendeşin ilk peşəkar sözləşməsidi.
Qeyd edək ki, “Flamenqo”nun yetirməsi olan Joao Mendeş ötən mövsümü “Barselona”da keçirsə də, ümidləri doğrultmayıb.