Sabah Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Matc.az saytının məlumatına görə, iki gün ərzində 4 oyun keçiriləcək.

Bu gün baş tutmalı olan “Şamaxı” – “Qarabağ” görüşü isə ikincilərin avrokuboklardakı iştirakı ilə əlaqədar təxirə salınıb.

Sabah ilk olaraq Qərb təmsilçiləri üz-üzə gələcək. “Kəpəz” “Turan Tovuz”u rəqibinin meydanında qəbul edəcək. Ardından “Səbail” “Sumqayıt”ın qonağı olacaq.

Avrokubok iştirakçısı “Zirə” bazar günü “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Turun mərkəzi matçında isə “Neftçi” ilə “Sabah” qarşılaşacaq. “Ağ-qaralar” paytaxt derbisində rəqibini “Liv Bona Dea Arena”da qəbul edəcək.

Premyer Liqa

III tur

17 avqust (şənbə)

18:15. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev

VAR: Rauf Cabarov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Azər Əsgərov

Tovuz şəhər stadionu

20:30. “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18 avqust (bazar)

18:15. “Zirə” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Zirə İdman Kompleksinin stadionu

20:30. “Neftçi” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev

VAR: Əliyar Ağayev

AVAR: İnqilab Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Emin Cəfərov

“Liv Bona Dea Arena”

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest