"Di Si Yunayted"in hücumçusu Ueyn Runi yenidən Premyer Liqaya dönə bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Kristal Pelas" İngiltərə millisinin sabiq kapitanının xidmətində maraqlıdı.

"Kristal Pelas"ın baş məşqçisi Roy Hocson 33 yaşlı forvardı komandasında görmək istədiyini etiraf edib: "Runini komandamda görmək istəyirəm. Fikrimcə, bu, mümkünsüz deyil. Ueyn qərar verməzdən əvvəl uzun müddət düşündü və dəfələrlə ailə üzvləri ilə məsləhətləşdi. Okeanın o tayında da parlamaqda davam edir. "Di Si Yunayted"də ümidləri doğruldur".

Qeyd edək ki, Ueyn Runi bu il "Everton"dan "Di Si Yunayted"ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest