17 Avqust 2024, 10:54
TOP OYUNLARI
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Matc.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv səfərdə Avstriya yığması ilə qarşılaşacaq.
B qrupunda mübarizə aparan komandamızın görüşü Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, millimiz bir həftə sonra Bakıda Belçika seçməsini qəbul edəcək.