21 Avqust 2024, 12:35
MPL
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, komitə konkret 2 kluba cərimə kəsib.
“Turan Tovuz”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəməli olacaq.
“Sumqayıt” – “Səbail” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olub ki, bu, birincilərin 800 manat cərimələnməsinə səbəb olub. Oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğundan, “Sumqayıt” daha 500 manat cəriməyə məruz qalıb.