22 Avqust 2024, 19:43
TOP OYUNLARI
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.
Matc.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupundakı ikinci oyununda meydan sahibləri ilə üz-üzə gəlib.
Görüş yığmamızın məğlubiyyəti ilə bitib - 12:20.
Xatırladaq ki, günün ilk qarşılaşmasında seçməmiz İspaniyaya 7:21 hesabı ilə uduzub.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

_1761826803.jpg)


_1761825131.png)
_1761824952.png)

_1761823774.jpg)




