AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IV turunda keçirilən “Sabah” – “Sumqayıt” oyununda baş verən neqativ halları dəyərləndirib. Matc.az xəbər verir ki, qarşılaşmanın ardından meydançaya kənar şəxs daxil olduğundan, bakılılar 800 manat cərimələnib. İntizam qaydalarını pozan “Sumqayıt”ın baş məşqçisi Samir Abasova xəbərdarlıq edilib.

Eyni zamanda, azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sumqayıt”a xəbərdarlıq olunub.