Amsterdam təmsilçisi 26 yaşlı oyunçunu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a satıb.

"Qarabağ"ın Avropa Liqasında rəqiblərindən olan "Ayaks" klubu futbolçusu Stiven Berqveyn ilə yolları ayırıb. Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi 26 yaşlı oyunçunu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a satıb.

Bu keçid niderlandlılara 21 milyon avro qazandırıb.

Qeyd edək ki, Berqveyn ötən mövsüm “Ayaks”da ümumilikdə 31 oyun keçirib, 13 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest