Azərbaycan Basketbol Liqasında çıxış edən “Sumqayıt” klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi baş məşqçisi Teymur Hüseynovla yolları ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Artıq komandanın yeni çalışdırıcısının adı da məlumdu. Növbəti mövsümdən “Sumqayıt”ı rusiyalı mütəxəssis Aleksandr Mixaylov çalışdıracaq.

Qeyd edək ki, 46 yaşlı Mixaylov məşqçilik fəaliyyətinə Kursk və Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest