Bu gün Misli Premyer Liqasında VI tura start verilib.

Matc.az xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

Günün yeganə qarşılaşmasında "Araz-Naxçıvan"la "Kəpəz" üz-üzə gəliblər. Naxçıvan təmsilçisi qələbə qazanaraq xallarının sayını 10-a çatdırıb.

Gəncəlilər isə xal üzünə həsrət qalan yeganə komandadı.

Turun digər oyunları sentyabrın 14-15-də keçiriləcək.

Misli Premyer Liqası
VI tur
13 sentyabr (cümə)

"Araz-Naxçıvan" – "Kəpəz" - 1:0 
Qol: Bernardo Diaş, 76
"Liv Bona Dea Arena". Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov


"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə 88. Tuqay Əlizadə, 19. Ramin Nəsirli, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 10. Bernardo Dias

"Kəpəz": 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 78. Yeqor Kvalko (k), 10. Karim Lkouça, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 19. Lassana Ndiaye

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest