Topaz Premyer Liqasında XXVII tura yekun vurulub. Günün son oyununda "Sumqayıt" "Sabah"ı qəbul edib. Bir neçə saat əvvəl "Keşlə"nin məğlubiyyətindən lazımınca yararlanan "gənclik şəhəri" təmsilçisi doğma arenasında aktivinə 3 xal yazdırıb.

Topaz Premyer Liqasında XXVII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, günün son oyununda "Sumqayıt" "Sabah"ı qəbul edib.

Bir neçə saat əvvəl "Keşlə"nin məğlubiyyətindən lazımınca yararlanan "gənclik şəhəri" təmsilçisi doğma arenasında aktivinə 3 xal yazdırıb. Bununla xallarının sayını 26-ya yüksəldən "Sumqayıt" 7-ci pillədəki mövqeyini möhkəmlədib. Ayxan Abbasovun yetirmələri son tur öncəsi axırıncı pillənin sahibi "Keşlə"ni 6 xal qabaqlayır.

Bu isə o deməkdi ki, "Keşlə" mövsümü sonuncu pillədə başa vuracaq. Əsasnaməyə görə, paytaxt təmsilçisi I diviziona yuvarlanmalıdı. Lakin bu, klubların lisenziya şərtlərinə cavab verib-verməməsindən və Premyer Liqada növbəti mövsüm komanda sayından asılı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest