"Yuventus"un sabiq kapitanı Corcio Kyellini Turin klubuna qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Kyellini futbol qurumları ilə əlaqələr rəhbəri vəzifəsini icra edəcək. O, milli və beynəlxalq futbol təşkilatları ilə işləməyə cəlb olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest