Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Matc.az xəbər verir ki, “Araz-Naxçıvan”ın 31 yaşlı müdafiəçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.

Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Matc.az xəbər verir ki, “Araz-Naxçıvan”ın 31 yaşlı müdafiəçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.

Abbasov “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub. O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011-12 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib. O, “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.

Qeyd edək ki, 300 matçda 7 qola imza atan Urfan Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest