Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Neftçi" futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub təcrübəli yarımmüdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

2023-cü ilin iyulunda transfer olunmuş Qarayev "Neftçi"nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub. 

Xatırladaq ki, Qara Qarayev bir müddət əvvəl "Neftçi"də əvəzedici heyətə göndərilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest