“Ümumi götürsək komandamız yaxşı oynadı, mübarizə apardı. Hər kəs üzərinə düşən, verilən tapşırığı yaxşı icra etmək üçün heç nədən çəkinmədən “döyüşdü”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzcü Ülvi Əliyev Çexiya ilə keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.

“Ümumi götürsək komandamız yaxşı oynadı, mübarizə apardı. Hər kəs üzərinə düşən, verilən tapşırığı yaxşı icra etmək üçün heç nədən çəkinmədən “döyüşdü”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzcü Ülvi Əliyev Çexiya ilə keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.

Zlin şəhərində baş tutan qarşılaşmada meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Təşkilatçılar tərəfindən millimizin heyətində oyunun ən yaxşısı seçilən Əliyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında matçı dəyərləndirib:

“Milli komanda yenidən qurulur, heyətimizdə debüt edən bir neçə futzalçı var. Rəqib isə əksinə, təcrübəli oyunçulardan qurulub. Üstəlik, onların milli çempionatı xeyli vaxtdır başlayıb, 3-4 tur oynanılıb. İspaniya liqasında, eləcə də başqa çempionatlarda çıxış edən futzalçıları var. Biz isə yay tətilindən yeni qayıtmışıq. İstər fiziki, istərsə də oyun təcrübəsi baxımından arzulanan səviyyədə deyilik.  Bu cür oyunları çox keçirməliyik. Yaxşı kollektivimiz var. Bir-birimizə inanırıq. Səhvlərimizi də tədricən düzəldəcəyik. Bunun üçün çox çalışmalıyıq”, - deyə futzalçı söyləyib.

O, ən yaxşı seçilməsinə də münasibət bildirib: “Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim. Yaxşı mənada sürpriz oldu. Əlbəttə, məqsədim komandama kömək etmək, güvənib meydana buraxan baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi. Meydandan qalib ayrılsaydıq, daha çox sevinərdim. Məncə, oyun gələcək üçün müəyyən ümid verdi. Müəyyən səbəblərdən komandadan kənarda qalan futzalçılarımız da var. Onlar gələcəkdə bizə qoşulanda fərqli milli izləyəcəksiz”.

Qeyd edək ki, millimiz bu gün Şexiya yığması ilə ikinci yoldaşlıq görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest