02 Oktyabr 2024, 13:53
FUTBOL
Oyunöncəsi mətbuat konfransında bu haqda danışan Qurbanov braziliyalı müdafiəçi Mateus Silvanın zədələndiyini bildirib.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsi çərçivəsində sabah “Malmö” keçiriləcək oyuna daha bir itki ilə çıxacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Oyunöncəsi mətbuat konfransında bu haqda danışan Qurbanov braziliyalı müdafiəçi Mateus Silvanın zədələndiyini bildirib: “Yəqin ki, 3 oyun buraxacaq. Marko Yankoviçin durumu isə hələ tam bilinmir. Yaxın vaxtda onun xidmətindən yararlana biləcəyimizə inanırıq".
Qeyd edək ki, Mateus Silva Misli Premyer Liqasının VIII turunun “Sabah”la görüşündə zədə alıb.