O, 44 dəfə fərqlənən Didye Droqbanı geridə qoyub. İlk “üçlüy”ü 30 qol vuran kamerunlu Samuel Eto qapayıb.

“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, misirli forvard qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran afrikalı adına yiyələnib.

O, Liqa mərhələsinin II turunda “Bolonya” ilə görüşdə qol vurub. Salah bununla Çempionlar Liqasındakı qol sayını 45-ə çatdırıb.

Salah 44 dəfə fərqlənən Didye Droqbanı geridə qoyub. İlk “üçlüy”ü 30 qol vuran kamerunlu Samuel Eto qapayıb.

Qeyd edək ki, “Liverpul” “Bolonya”nı 2:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest